Nizami Gəncəvi- (əsil adı - İlyas Yusif oğlu) (1141-1209-cu il) - Azərbaycanın görkəmli şairi və mütəfəkkiri olmuşdur. Sənətkar ailəsində doğulmuş, Gəncə mədrəsələrində təhsil almış, şəxsi mütailəə sayəsində orta əsr elmlərini mükəmməl öyrənmiş, xüsusən yaxın Şərq xalqlarının şifahi və yazılı ədəbiyyatına yaxından bələd olmuşdur.
Təqribən 1169-1170-ci ildə Dərbənd hökmdarı Seyfəddin Müzəffərin kəniz kimi hədiyyə göndərdiyi qıpçaq qızı Afaq (Appaq) ilə evlənmiş, 1174-cü ildə oğlu Məhəmməd anadan olmuşdur. Nizami Gəncəvi yaradıс lirik şe`rlərlə başlamışdır. Əsərlərindən mə`lum olur ki, şair böyük divan yaratmış, qəzəl və qəsidələr müəllifi kimi şöhrətlənmişdir. Nizami lirikası yüksək sənətkarlığı, məhəbbətə dünyəvi münasibəti, insan taleyi haqqında humanist düşüncələri ilə seçilir. Lakin Nizami dünya ədəbiyyatı tarixinə məsnəvi formasında yazdığı beş poemadan ibarət ("Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl", "İsgəndərnamə") "Xəmsə" (Beşlik) müəllifi kimi daxil olmuşdur.
İnsanın daxili aləmini, hiss və duyğularının təsviri, baş qəhrəmanların xarakterlərinin dinamik inkişafda verilməsi Nizami ədəbi məktəbinin əsas qayəsini və məzmununu təşkil edir. Məhəbbət mövzusunun Şərq ədəbiyyatında geniş yayılaraq, ictimai-bəşəri ideallarla, humanist məzmunla zənginləşməsində Nizami Gəncəvi poemalarının mühüm rolu olmuşdur. Nizami Şərq ədəbiyyatında ilk dəfə məhəbbəti fəlsəfi mə`nada şərh edərək, nəcib məhəbbət konsepsiyasını yaratmış, onu insan azadlığı, vicdan azadlığı və mə`nəvi təkamül problemləri ilə bağlamışdır.
Nizami Gəncəvinin əsərləri dünyanın bir çox xalqlarının dilinə tərcümə olunmuşdur. Əsərlərinin nadir əlyazma nüsxələri Moskva, Sankt-Peterburq, Bakı, Daşkənd, Təbriz, Tehran, Qahirə, İstambul, Dehli, London, Paris və s. şəhərlərin məşhur kitabxana, muzey və əlyazmalar fondlarında qiymətli incilər kimi qorunub saxlanılır. Yaradıcılığı Şərq incəsənətinin inkişafında mühüm rol oynamışdır.
XVII əsrin sonundan Avropa və Rusiyada Nizami Gəncəvi irsinə maraq artmış, əsərləri ingilis, alman, fransız, italyan, ispan, rus, yapon və s. dünya dillərinə tərcümə olunmuş, həyat və yaradıcılığı öyrənilmişdir.Füzuli tək Azərbaycan yox, bütövlükdə şərq İslam və türk təfəkkür müştərəkliyinin uca və bariz nümunəsidir. O özünün poetik və fəlsəfi əsərlərini üç dildə - türk, fars və ərəb dillərində yazmışdır. Dil sərhəddini qələm qüdrətilə aşan dahi sənətkar Yaxın və Orta Şərqdə tərcüməsiz və tərcümansız sevilə - sevilə oxunmaqdadır.
Şərq ədəbiyyatı tarixində Nizami Gəncəvi ilk dəfə olaraq qadını yüksək insani sifətlərə malik ülvi varlıq kimi təsvir etmişdir. Nizami cəsarəti, mərdliyi və gözəl əxlaqı ilə seçilən mübariz qadın obrazlarını insani keyfiyyətlərdən məhrum kişilərə qarşı qoyur, qadının həyatın müxtəlif sahələrdə kişilərlə bərabər çalışmağa qadir olduğunu sübut edir. Nizami Gəncəvi Şərq ədəbiyyatında ilk dəfə olaraq əməyi insanın bütün başqa canlılardan fərqləndirən həyati tələbat kimi tərənnüm etmişdir. Şairə görə yalnız əməkçi insan hörmət və məhəbbətə layiqdir.
Azərbaycan xalqının mə'nəvi həyatında onun qəzəlləri və "Leyli-Məcnun" poeması xüsusi yer tutur. Şairin qəzəllərinin fəlsəfəsi öz mündəricəsinə görə dərin və incə, poetik ritminə görə lirikdir. Məhz bu səbəbdən neçə əsrdir ki, bu qəzəllər klassik Azərbaycan muğamlarının söz xəzinəsi kimi xanəndələrin repertuarının əsasını təşkil edir. hər bir azərbaycanlı onun "Məndə Məcnundan füzun aşiqlik iste'dadı var", "Canı kim cananı üçün sevsə, cananın sevər" "Nalədəndir ney kimi avazeyi-eşqim bülənd" misralı qəzəllərini, eləcə də digər lirik şe'rlərini hələ məktəbə getməmişdən öyrənir.
"Füzuli, məndən istəmə əş"arü-mədhü-zəmm" -deyən şair həmişə saraylardan gen gəzmiş, özü də "şahlara minnətdarlığın ağır yükünü çəkə bilmədiyini" söyləmişdir. Tədqiqatçıların fikrincə, o, gəncliyində məktəbdarlıq və müəllimliklə məşğul olmuş, bir müddət də imam Əlinin Nəcəfdəki ziyarətgahında xidmət etmişdir. Bu işdən də cüz"i haqqa qane olmuşdur. Lakin orası da mə'lumdur ki, dövlət dəftərxanalarında hökm sürən rüşvətxorluq və talançılıq ucbatından ona ayrılan doqquz axçanı da vaxtında ala bilmir. Məşhur "Şikayətnamə"nin yaranmasında bu məsələnin rolunun az olmadığı əsərdən açıq-aşkar görünür və mənbələrdə də qeyd edilir. Füzuli özünün yaradıcılıq tərcümeyi-halını təxminən iki yerə bölür: səfəvilər və osmanlılar dövrlərinə. Bağdadın Osmanlı Türkiyəsinin əlinə keçdiyi 1534-cü ilədək şair Azərbaycan, fars və ərəb dillərində lirik qəzəllərini, qəsidələrini, imamların şəhidlik yollarına həsr etdiyi şe'rləri, şah İsmayıla bağışladığı "Bənkü badə" poemasını, "Söhbətül-əsmar" alleqoriyasını qələmə almışdır. Elə həmin dövrdə o, nəsrlə yazdığı ilk dini povest sayıla biləcək "Hədiqətüs-süəda" əsərini başlayır və sonradan həmin əsəri türk sultanı Süleymana (1520-1556) həsr edir. 1537-ci ildə isə şair özünün şah əsəri olan "Leyli və Məcnun" poemasını bitirdikdən sonra yenə də üç dildə qəzəl və qəsidə yaradıcılığını davam etdirir. Ahıl yaşlarında isə şair daha çox fəlsəfi mövzulara üstünlük verir. "həft cam" (Yeddi cam), "Ənisül-qəlb" (Qəlbin munisi), "Səhhət və mərəz", "Rindü-Zahid"(Rind və Zahid), "Mətləül-e'tiqad" belə əsərlərdəndir. Sonuncu risalə ərəb dilində yazılmışdır.
Eyni zamanda o, fars divanını, qəsidələrini və Azərbaycan divanını tərtib etməklə məşğul olur. Füzuli Azərbaycanca -farsca mənzum lüğət də yaradıb. Digər əsərləri ilə birlikdə o, fars və Azərbaycan dillərində "müəmmalar"ını da yazır, Əbdürrəhman Caminin "Qırx hədis"ini dilimizə tərcümə edir.
Füzulinin o zaman mə'lum olan bütün poetik janrlarda qələmini sınamasına baxmayaraq, o, Azərbaycan ədəbiyyatında daha çox dahi bir şair kimi məşhurlaşmışdır. Tanınmış ədəbiyyatşünas Rüstəm Əliyevin yazdığı kimi, "Füzuli lirikasının başlıca mövzusu aşiqin hicran zamanı çəkdiyi sevgi əzablarının, onun fikir və arzularının, habelə mə'şuqənin amansızlığının, mərhəmətinin təsvirini verməkdir. Füzulinin poetik obrazları orijinal olmaqla yanaşı həm də müstəsna emosional tə'sir qüvvəsinə malikdir. Şairin belə kamil obrazlarla zəngin şe'rləri oxucunu özünün dərinliyi, parlaqlığı və gözlənilməzliyi ilə heyran edir, əyani təsvirlər kimi yaddaşlara həkk olunur". Füzulinin bir sıra qəzəlləri Şərqin Nizami, Hafiz, Sə'di, Nəsimi, Nəvai, Kişvəri kimi azman klassiklərinin qəzəllərinə "cavab" kimi yazılmışdır. Ümummyyətlə götürdükdə isə dahi Azərbaycan şairi Füzulinin yaradıcılığı XVI əsrin birinci yarısında yaranmış milli humanitar fikrimizin ali zirvəsi olaraq bütün Şərq ədəbiyyatlarının gələcək inkişafına təkan vermişdir.
|